"Mardan Palace"nin çimərliyi üçün 545 ton ağ qum gətirilib-FOTOSESSİYA

"Mardan Palace"nin çimərliyi üçün 545 ton ağ qum gətirilib-FOTOSESSİYA

İstinin 40 dərəcə olduğu Antalyada yerləşən lüks otellərdən birinin çimərliyi üçün Misirdən 545 ton ayaqları yandırmayan və yapışmayan ağ qum gətirilib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Antalyanın Kundu bölgəsində Azərbaycan əsilli rus iş adamı Telman İsmayılov tərəfindən tikdirilən, dəyəri 1,5 milyard dollar olan və 2010-cu ildə "Dünyanın ən lüks oteli" seçilən Mardan Palace-ın çimərliyi Misirdən gətirilən bu qumla örtülüb. 180 kvadrat metr ərazini əhatə edən, tikintisi üçün 10 min kvadrat metr qızıl və 500 min kristal işlədilən otelin çimərliyi də içi kimi çox lüks şəkil alıb.

Qeyd edək ki, normal qum rənginin tünd olması səbəbi ilə günəş işıqlarını özünə çəkir və ayaqları yandırır, islaq ayaqla gəzəndə isə yapışır. Ancaq ağ qum nə ayaqları yandırmır, nə də yapışmır.

Bütün xəbərlər Facebook səhifəmizdə