Jurnalisti canlı efirdə maşın vurdu - VİDEO

Teleşou zamanı canlı efirdə Rusiya "TVÇ" kanalının aparıcısı Andrey Sensovu avtomobil vurub. RF mediası xəbər verir ki, hadisə Tuşino aerodromunda baş verib. Teleaparıcı canlı efirdə qaydaları izah edərkən maşın onu arxadan vuraraq tullayıb.


Şahidlərin sözlərinə görə, avtomobilin güclü zərbəsinə baxmayaraq jurnalist huşunu itirməyib və onu təcili xəstəxanaya çatdırıblar. 25 yaşlı Sensovda beyin silkələnməsi qeydə alınıb, amma onun sağlamlığı üçün təhlükənin olmadığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə