Beyninə qələm batan 2 yaşlı qız sağ qaldı

Beyninə qələm batan 2 yaşlı qız sağ qaldı

İngiltərənin Bata yaxınlığındakı Pisadun-Seyt-Con kəndinin 2 yaşlı sakininin gözündən beyninə qələm daxil olsa da, möcüzə nəticəsində sağ qalıb. "The Daily Teleqraph" xəbər verir ki, valideynləri balaca Ren Bouelli yatırtmaq istəyərkən qızcığaz qəflətən yıxılıb və əlindəki qələm zərbə ilə sağ gözünə girib. Qələm 3,8 sm dərinə işləyərək uşağın ön beyin hissəsinə daxil olub


Ren təcili Bristol xəstəxanasına çatdırılıb. 4 saat davam edən əməliyyat zamanı qələmin çıxarılması üçün uşağın beyin qapağı çıxarılıb. Qələm əsas hissə sayılan qan damara, sadəcə, millimetr çatmayıb. Əks təqdirdə Ren dünyasını dəyişəcəkdi.


Müalicə edən həkimin sözlərinə görə, uşağın bəxti gətirib və Ren sağ qalıb. O bildirib ki, bu diaqnozla müraciət edənlərin əksəriyyəti ya ölür, ya da ömürlük beyin xəstəliyindən əziyyət çəkirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə