“Davay, do svidaniya” BBC-də

Ölkəmizdə və Rusiyada xeyli populyarlıq qazanmış "Tı kto takoy davay, do svidaniya" meyxanasının müəllifləri Londona səfər edəcəklər. Bu barədə BBC Azərbaycanın facebook səhifəsində yer alıb.


Həmin meyxanananın müəllilərindən olan İntiqam Rüstəmov gün.az saytına bildirib ki, onlar BBC telekanalından təklif alıblar. "Çox güman ki, iyulun 23-də Londona gedəcəyik. Bizim meyxanamız artıq bütün dünyaya səs-küy salıb. Hətta Amerikada belə, meyxanamızla bağlı yeni improvizə olunmuş mahnı yazılıb, klip çəkilib", - deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə