Gözəl oyanmağın 5 sirri-MƏSLƏHƏT

Gözəl oyanmağın 5 sirri-MƏSLƏHƏT

Dünyada mövcud olandan qadınlar gözəl görünmək üçün bir çox qurbanlar veriblər. Hər bir qadın gecə yuxuya getməzdən öncə səhər gözəl oyanmağını xəyal edir. Alimlər də bunu nəzərə alaraq bir çox araşdırmalarda gözəlliyin sirrini tapmağa çalışırlar.


SİA alimlərin bu mövzuda növbəti araşdırmasını təqdim edir- Gözəlliyin 5 sirri:


1. Heç yuxunu sevməyən qadınlar belə saat 23:00-dan gec yatmasalar, yaxşıdır. Alimlər sübгt edib, gecə dəri hüceyrələri daha aktiv fəaliyyət göstərir ki, bu da gün ərzində yığılan zərərli maddələri yox edir.


2. Suyu daha az qəbul edin. Bu, gözün altında şiş yaradır. Gecə maye və duzlu qidalardan uzaq olun. Yatmadan ən azı 4 saat əvvəl qidalanmaq ümumiyyətlə ziyandır.


3. Çalışın gecə yatmazdan 30 dəqiqə öncə qidalandırıcı kremlərdən istifadə edin. Məhz bu zaman kremin faydalı maddələri balışa yox, dəriyə hopacaq.

4. Dolaşıq saçlardan xilas olmağın yolu atlas üzlü balışdır. Pambıq üzlü başıldan fərqli olaraq atlas saçlara yaxşı təsir edərək onları dolaşmağa və qırılmağa qoymur. Bununla yanaşı gecə yatmadan öncə saçlarınızı daramağı da unutmayın. Bu, onların inkişafı üçün faydalıdır.

5. Gecə yatanda otaqda ətirli şamlardan istifadə edin. Bu, səhər sizin gözəl əhval-ruhiyyə ilə oynamağınıza kömək etməklə yanaşı, əsəblərinizi də sakitləşdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə