Bəy gəlini toy günü niyə döydü

Bəy gəlini toy günü niyə döydü

Dünən İstanbulda toyu olan bəy gəlini əvvəl avtomobildə, sonra isə toyun keçiriləcəyi restoranın qabağında vəhşicəsinə döyüb. SİA-ın xarici mətbuata istinadən veriyi xəbərə görə, hadisə bəyin "bibin mənə nişanda saxta bilərzik taxdı" deməsi ilə başlayıb.

"Bibim haqqında hansı haqla belə danışırsan" deyərək gəlinin mübahsə etməsi bəyin əsəbləşərək onu döyməsinə səbəb olub.Yolda gəlini döyən bəy hərəkətini toyun keçiriləcəyi restoranın qarşısında da davam etdirib.

Qeyd edək ki, davaya qarışaraq ortalığı sakitləşdirmək istəyən gəlinin ailəsinə bəy hətta silah da çəkib. Bəyin bu hərəkətini görən ailəsi onu sakitləşdirmək üçün mübahisəyə qoşulub. Nəticədə toy küçə savaşına çevrilib. Polisin müdaxiləsindən sonra dava sakitləşdirilib. Bəy və gəlin də daxil olmaqla 10 nəfər günahkar qismində saxlanılıb.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə