Rusiyanın Xabarovsk şəhərində dünyanın ən ağır çəkili oğlan uşağı dünyaya gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə körpənin çəkisi 7,2 kiloqram, boyu isə 67 santimetr olub.
Belə bir körpənin dünyaya gəlməsi həkimlərin və xəstəxanadakıların böyük marağına səbəb olub. Uşağın anası Vera Ovçikova özünü çox yaxşı hiss etdiyini və belə bir balacanı dünyaya gətirdiyinə görə hədsiz xoşbəxt olduğunu bildirib.
Qeyd edək ki,bu uşaq dünyaya gələnə qədər, belə bir ən ağır çəkili körpə 2009-cu ildə Rusiyanın Samara şəhərində doğulub. Onun çəkisi isə 6,75 kiloqram olub.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB