Gözündən 13 sm uzunluğunda soxulcan çıxarıldı - MARAQLI

Gözündən 13 sm uzunluğunda soxulcan çıxarıldı - MARAQLI

Hindistanda bir kişinin gözündən 13 sm uzunluğunda soxulcan çıxarılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 75 yaşlı Krişnamurti iki həftə davam gözündəki qaşınma və qızartının artması səbəbi ilə həkimə müraciət edib. Xəstəni müayinə edən həkim onun göz qapağının içərisindəki pərdədə 13 sm uzunluğunda soxulcanın hərəkət etdiyini və dərhal əməliyyata başlamağın lazım olduğunu bildirib.

15 dəqiqə çəkən əməliyyatdan sonra xəstə soxulcandan azad edilib. Həkim Setharaman 30 illik iş fəaliyyətində ilk dəfə belə halla rastlaşdığını deyib. Əməliyyatdan sonra xəstə səhhətindən heç bir şikayət etməyib və özünü çox yaxşı hiss etdiyini deyib.

Həkim həşəratın xəstənin gözünə necə düşməsinə dair bir neçə fikir bildirib. Belə ki, soxulcanın xəstənin ayağındakı bir yaradan və ya yaxşı bişməmiş hər hansı bir ərzaqdan orqanizmə daxil olaraq qan dövranı ilə gözə qədər gəlib çıxa biləcəyini deyib. Həkim onu da qeyd edib ki, əgər həşərat gözdən çıxarılmasa idi, o zaman soxulcanın daha dərinə getmək şansı ola bilərdi, bu da insanın kor olmasına səbəb olardı.

Bütün xəbərlər Facebook səhifəmizdə