Tələbələrin Şamaxıya ekskursiyası təşkil olunub

Tələbələrin Şamaxıya ekskursiyası təşkil olunub
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tədbirlər planına uyğun olaraq bu gün tələbə gənclər üçün ekskursiya təşkil edib. SİA-nın məlumatına görə, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə növbəti tur Azərbaycanın gözəl guşələrindən biri olan Şamaxıya baş tutub.

Məlumat üçün bildirək ki, ekskursiyada Azərbaycanın ali məktəblərini təmsil edən 30 fərqlənmiş gənc iştirak edir. Onlar Şamaxının Pirqulu ərazisinə baş çəkib. Daha sonra isə burada gənclər intellektual oyunlarla bacarıqlarını sınayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə