İndoneziyada şok anlar yaşanıb -Foto

Artıq 30 ildir ki, İndoneziyada "Şar adam" kimi tanınan Çandra Visnu üzləşdiyi şiş xəstəliyi ilə mübarizə aparır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, ilk dəfə 19 yaşında bu xəstəliyə tutulduğunu deyən Çandra Visnu bildirib ki, müraciət etmədiyi həkim qalmayıb, lakin xəstəliyə əlac taplmır ki, tapılmır: "Artıq 57 yaşındayam və ümid edirəm ki, mənim əlacım tapılmasa da uşaqlarıma əlac tapılacaq. Odur ki, hələ də ümidimi itirməmişəm".


Qeyd edək ki, 57 yaşında olan Çandra xəstəliyi ucbatından çox zaman tənhalığa çəkilir, evə qapanmış vəziyyətdə qalır. Belə ki, o evdən çıxmır. Çünki ətrafda olan uşaqlar onu görən kimi qorxurlar. Ç.Visnu evdən çölə çıxdığı zaman ətrafdakıları və uşaqları qorxutmamaq üçün paltarlarını üst-üstə geyinərək qara günəş eynəyi taxır.


Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə