"Miss ABŞ 2012" gözəllik müsabiqəsinin qalibi Rod-Aylend ştatının 19 yaşlı sakini Oliviya Kalpo seçilib. O, Birləşmiş Ştatları "Dünya gözəli" müsabiqəsində təmsil edəcək.
Twitter vasitəsilə "Transvestitlərin müsabiqədə iştirakına necə baxırsınız" sualını cavablandıran Oliviya bildirib ki, onların qələbəsi ədalətli olmazdı. Amma azad ölkədə yaşadıqlarından nəticələri tanıyardı.
Qeyd edək ki, Oliviya Kalpo Boston Universitetinin 2-ci kurs tələbəsidir. İtalyan dilində danışan ABŞ gözəli violonçelada musiqilər ifa edir. Oliviya peşəkar musiqiçi ailəsində böyüyüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB