3 yaşlı uşaq təyyarədən təcili düşürüldü

3 yaşlı uşaq təyyarədən təcili düşürüldü

Amerikanın Sietl şəhərində pilot 3 yaşlı sərnişindən uçuşa hazırlaşan təyyarədən düşməyi tələb edib. Buna səbəb azyaşlının təhlükəsizlik kəmərini taxmaması olub. Pilot uşaqdan və atasından təyyarəni tərk etməyi tələb edib.


Hava yolu şirkəti isə bunun təyyarənin təhlükəsizliyi ilə əlaqəli olduğunu, pilotun problemi göydə yox, yerdə həll etdiyini bildirib.


Azyaşlının atası Mark Yança yerli radiolardan birinə hadisə barədə verdiyi açıqlamada uçuş heyətinin çox aqressiv rəftar etdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə