2011-ci ilin may ayında Azərbaycanın nümayəndələri "Eurovision-2011" mahnı yarışmasında böyük üstünlüklə qalib gələrək, Avropanın və dünyanın yüksək həyəcanla izlədiyi yarışmanı ölkəmizə gətirdilər. Hər kəs bu andan etibarən Azərbaycanın bütün dünyanın, hətta sadə avropalıların belə diqqət mərkəzində olacağını anlayırdı. Bunun nəticəsində isə, Azərbaycanın büdcəsinə milyonlarla avronun daxil olacaq və hər şeydən əvvəl, xarici qərəzli dairələrin beynəlxalq miqyasda nümayiş etdirməyə çalışdığı anti-demokratik Azərbaycanla bağlı təbliğatı tamamilə iflasa uğrayacaqdı. Elə bu səbəbdən də, ötən ilin yayından başlayaraq, Azərbaycana qarşı bütün sahələrdə total hücumlara start verildi. Xarici qərəzli dairələrin maliyyələşdirdiyi "beşinci kalon"un bütün strukturları fəaliyyətə keçərək, Azərbaycana qarşı reallaşdırılan çirkin planın həyata keçirilməsi üçün sinxron fəaliyyət sərgiləməyə başladılar.
"Beşinci kalon"un mətbuat orqanları və QHT-lərin saxta materialları...
Azərbaycana qarşı aparılan anti-təbliğatın ilk mərhələsində Azərbaycandakı "beşinci kalon"un mətbuat orqanları və QHT-lər fəaliyyətə keçdilər. Xarici qərəzli dairələrin maliyyəsilə işləyən həmin QHT-lər əsası olmayan, qeyri-obyektiv məlumatların əsasında saxta hesabatlar hazırlayaraq, "mərkəzi ofislərinə" göndərirdilər. Həmin hesabatlara siyasi don geyindirildikdən sonra isə digər kanallar vasitəsilə yayıldı. Bu kanallar qismində isə beynəlxalq QHT-lər - Human Rights Watch, Amnesty İnternational və digərləri çıxış edirdilər. Onların özlərinə məxsus şəkildə yaydıqları hesabatlar isə "beşinci kalon"u maliyyələşdirənlərin dairəsinə daxil olan xarici mətbuat orqanlarında dərc olunurdu. Həmin materialları isə Azərbaycandakı "beşinci kalon"un mətbuat orqanları - "Azadlıq", "Yeni Müsavat", Turan İA və digərləri çap edirdilər. Bununla da, nümayiş etdirməyə çalışırdılar ki, guya dünya Azərbaycandakı vəziyyəti bu cür bilir. Əsil reallığın əksi olan bu materialları isə sonradan Ermənistan mətbuatı dərc edirdi. Bu yolla isə Ermənistan həm daxili, həm də xarici auditoriyaya nümayiş etdirməyə çalışırdı ki, Azərbaycanın daxilində "ictimai etiraz" var. Lakin reallığın və həqiqətlərin diqqətə çatdırılması, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın hərtərəfli gücünü göstərən işlərin həyata keçirilməsi nəticəsində anti-Azərbaycan dairələrin ilk cəhdləri boşa çıxdı.
Şayiələrin dövriyyəyə buraxılması ilə qarşıdurma yaratmaq cəhdləri...
Azərbaycan cəmiyyətinin daxilindəki monolitliyi dağıtmaq və xaricdə mənfi imic formalaşdırmaq üçün maraqlı qruplar şayiələrin yayılması texnologiyasını işə saldılar. İlk olaraq, müxtəlif kanallar vasitəsilə yayıldı ki, Azərbaycanda gey-parad keçiriləcək. Bu, əlbəttə ki, fundamental mənəvi dəyərlərə malik Azərbaycan xalqı üçün həm təhqir, həm də böyük mənəvi zərbədir. Bu şayiənin yayılması ilə həmin qərəzli qruplar bir neçə məqsəd güdürdü. Birincisi, Azərbaycan cəmiyyəti daxilində qarşıdurmalar yaratmaq, ikincisi, dövlətin gey- paradı qadağan edəcəyi təqdirdə, ölkənin anti-demokratik olduğunu göstərmək istəyirdilər. Amma bu məsələnin bir mənəvi-psixoloji hal olduğunu nəzərə alaraq, dövlət təmkin nümayiş etdirdi, eyni zamanda, aparılmış maarifləndirici işlər nəticəsində sosium daxilində sabitlik qorundu. Xarici qərəzli dairələrin bu planı da baş tutmadı.
Sonradan həmin qruplar Azərbaycanda terror təhlükəsinin olduğunu iddia etməklə, ilk növbədə, "Eurovision"un keçirilmə məkanını dəyişmək, ikincisi, ən azından müsabiqə ərəfəsində gələcək turistlərin, qonaqların sayını azaltmaq niyyəti güdürdü. Həmin dövrdə "Eurovision-2012"-nin İtaliyada keçirilməsi haqqında "təkliflər" də əbəs yerə ortaya çıxmamışdı. Xüsusi olaraq, qeyd edək ki, bütün bu işlərdə də Azərbaycandakı "beşinci kalon"un mətbuat orqanları, QHT-ləri, üzvləri, aktivləri erməni mediası ilə birgə hərəkət edirdi. Lakin bugünkü mənzərə bir daha sübut edir ki, xarici dairələrin və Azərbaycandakı "beşinci kalon"un bu sahədə də niyyəti baş tutmadı.
"Beşinci kalon"un "Xədicə əməliyyatı" lazımi effekti vermədi...
Azərbaycanı anti-demokratik dövlət kimi nümayiş etdirmək üçün "beşinci kalon" iyrənc və Azrbaycan xalqının mənəvi dəyərlər sisteminə sığmayan addım atdı. "Beşinci kalon"a daxil olan "Azadlıq radiosu"nun əməkdaşı Xədicə İsmayılovanın əxlaqi çərçivədən kənar videosunu yaydı. "Müsavat" adlı saytın yaydığı videoda X.İsmayılovanın şəxsi həyatı ilə bağlı məqamlar çılpaq şəkildə ictimaiyyətə göstərildi. Əlbəttə ki, dövlət nümayəndələri bu məsələyə dərhal reaksiyaya verərək, belə bir halın qəbuledilməz olduğunu bildirdilər. Lakin "beşinci kalon" qarşısına qoyduğu məqsədə nail olmaq üçün məsələni daha da qabartdı və nəticədə, iş cinayətin araşdırılması masasına qədər getdi. Amma istintaqla müəyyən edilib ki, 2011-ci ilin may ayınadək Bakı şəhəri, Yasamal rayonu, Cəfərov qardaşları küçəsi ev 30, mənzil 5-də Abdullayev Emin Paşa oğlu yaşayıb, sonradan isə X.İsmayılova Emin Abdullayev tərəfindən ona verilmiş 24 avqust 2011-ci il tarixli etibarnamə əsasında 2011-ci ilin may ayından həmin ilin sentyabr ayına qədər qeyd olunan mənzildə kirayədə yaşayıb, ondan sonra isə həmin mənzildə hər ay 250 manat pulunu X.İsmayılovaya ödəmək şərti ilə 2011-ci ilin sentyabr ayından noyabr ayınadək onun tanışları Vəfa Cəfərova və həyat yoldaşı Azər Məmmədov, noyabr ayından 2012-ci ilin yanvar ayına qədər tanışı Vəfa Cəfərovanın xalası qızı Əliyeva Leyla Şadil qızı, fevral ayından mart ayına qədər isə Qəmbər İlkin İsa oğlu kirayədə yaşayıblar...
... Videonun da yayıldığı vaxtı nəzərə alsaq, görərik ki, bu, məhz kimin işidir və hansı məqsədlə edilib. Lakin həm "beşinci kalon", həm də xarici qərəzli dairələrin bu məsələni ictimailəşdirərək, Azərbaycanın imicinə zərbə vurmaq niyyəti baş tutmadı. Beləliklə də, "beşinci kalon"un bu təxribatı uğursuz "Xədicə əməliyyatı" kimi daxil oldu.
Piketlərlə ictimai etiraz görüntüsünün yaradılması niyyəti...
Vaxtın daraldığını və Azərbaycan dövlətinin möhtəşəm mahnı müsabiqəsi təşkil edəcəyini görən xarici dairələr Azərbaycandakı "beşinci kalon"a daxil olan "İctimai Palata"nın üzvləri AXCP, Müsavat və digər siyasi partiyalar vasitəsilə malekulyar piketlər təşkil etməklə ictimai etiraz görüntüsü yaratmağa çalışdı. Belə ki, aprel ayından başlayaraq, ilk mərhələdə icazəli mitinqlərlə razılaşan "beşinci kalon" mitinqlərinə 1000 nəfərdən artıq insan yığa bilmədiyi üçün taktikanı dəyişdi və icazəsiz mitinqlər keçirməyə başladı.
Qeyd edək ki, icazəli mitinqlər keçirmək heç "beşinci kalon"un planlarına daxil deyildi. Çünki o, əvvəlcədən ətrafına çox adam yığa bilməyəcəyini anlayırdı. Amma həm "beşinci kalon", həm də xarici dairələr düşünürdülər ki, "Eurovision" ərəfəsi Azərbaycan dövləti mitinqlərə icazə verməyəcək. Məhz mitinlərin keçirilməsi üçün icazənin verilməyəcəyi təqdirdə, həm Azərbaycanın daxilində "beşinci kalon", həm də xaricdə qərəzli dairələr yeni mövzuda anti-təbliğata başlayacaqdılar. Bu isə insanların sərbəst toplaşmaq hüququnun təmin edilməməsilə bağlı olacaqdı. Lakin hakimiyyətin mitinqlərin keçirilməsi üçün kifayət qədər geniş yer ayırması və təhlükəsizliyi təmin etməsi maraq qruplarının arzusunu ürəyində qoydu. Elə buna görə də, "beşinci kalon" şəhərin mərkəzində, insanların kütləvi şəkildə istirahət etdiyi məkanlarda icazəsiz piketlər keçirmək haqqında göstəriş aldı. Belə cəhdlər may ayında baş tutsa da, effekti olmadı. Çünki Əli Kərimov, İsa Qəmbərov və digərlərinin təşkil etdiyi piket insanlar tərəfindən böyük qınaqla qarşılaşdı. Anlaşılan odur ki, "beşinci kalon"un bu niyyəti də baş tutmadı və xarici qərəzli dairələr Azərbaycandakı xalq-iqtidar birliyi qarşısında diz çökdülər.
Bir il müddətində məğlub olan və aqressivləşən "beşinci kalon"un növbəti hədəfi...
Bir sözlə, aydın olur ki, nə "beşinci kalon", nə də onun himayədarları "Eurovision" missiyasında niyyətini reallaşdıra bildi. Azərbaycan dövləti xalqa arxalanaraq, həyata keçirilməsi zəruri olan işləri reallaşdırdı və ümumbəşəri mədəni ideallara sadiqliyini nümayiş etdirdi. Artıq Azərbaycanda "Eurovision-2012" yarışmasına start verildi. Hər kəs sevinc və fərəhlə bu mahnı bayramını yaşayır. Bunlar, əlbəttə ki, Azərbaycana qarşı birləşmiş qüvvələrin məğlubiyyəti deməkdir.
Lakin ölkəmizdəki "beşinci kalon"un fəaliyyətində daha bir hədəf açıq şəkildə görünür. AXCP sədri Əli Kərimov, Müsavatın müvəqqəti başqanı İsa Qəmbərov və digərləri Azərbaycan xalqına və dövlətinə qarşı yeni bir xəyanətkar sövdələşməyə getdiklərini nümayiş etdirirlər. Bir il müddətində məğlub olan və aqressivləşən "beşinci kalon"un növbəti hədəfi 2013-cü ildə keçiriləcək Prezident seçkilərilə əlaqədardır. Elə bu səbəbdən də, "İctimai Palata" adlanan xəyanətkarlar yuvasından yeni-yeni təxribatlar gözləməli olacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB