İslam dinindən sui-istifadə etmək İran mollalarının bacardığı ən yaxşı işdir
Bəşər tarixində İslam dinindən sui-istifadə edən qruplar, hökmdarlar olub, amma dövlət şəklində İslam dinini istismar etmək, ondan sui-istifadə etmək birinci dəfədir. İran İslam dinini istismar edən, onun adından sui-istifadə edən, "Qurani- Kərim"i hətta ayə səviyyəsində saxtalaşdıran yeganə dövlətdir. Şah dövrünün İranının İsrail rejimi ilə birləşib ərəb torpaqlarının işğalında iştirak etməsi indiki İranın dini xadimləri tərəfindən də təsdiq olunur. Mətbuatda bu barədə açıq danışırlar. İranın indiki dini liderlərinin böyük əksəriyyəti 33 il bundan əvvəl də kamil dini fəaliyyətlə məşğul olurdular. Ümumiyyətlə, müsəlman-kişi şəxsin boynuna dini vəzifənin oturması 15 yaşından başlayır. Beləliklə, 48 yaşdan yuxarı bütün İran vətəndaşları şah rejiminin ərəb torpaqlarının işğalında İsrailə yardım etməsinə göz yumduqlarına görə məsuliyyət daşıyırlar. İranın indiki din xadimlərindən də heç kim o zaman şahın antimüsəlman hərəkətlərinin əleyhinə çıxmayıbdır. 15 yaşından etibarən "Firuddin"in bütün müddəaları, o cümlədən 7 və 8-ci müddəaları olan "Əmr be-məruf" (yaxşıya dəstək vermək) və "Nəhy əz-münkər" (Pisliyə maneçilik etmək) İran kişiləri üçün vacibi əmr olmuşdur.
İslam inqilabının mahiyyəti tamam ayrı məsələdədir. Şiə fəlsəfəsində "əmr be- məruf" və "nəhy əz-münkər" həmişə yumşaqlığı ilə, dava-dalaşdan uzaq durması ilə xarakterizə olunmuşdur, çünki "Firuddin"in 6-cı tezisi və ya prinsipi cihaddır. Nəzərə alsaq ki, "Firuddin" dini ayinləri və dini əməllərin vacibliyinə görə sıralanmışdır, o zaman "əmr be-məruf" və "nəhy əz-münkər"in 7 və 8-ci yerlərdə olması təsadüfi hesab olunmamalıdır. İndi islam inqilabı ilə məşğul olan İran alimləri bir çox müddəa və tezislərin mahiyyətini dəyişmişlər və ya özlərinə sərf edən təfsirdə təqdim edirlər: "cihad" termini "difa" ilə əvəz olunub; "əmr be məruf", "nəhy əz münkər" xeyli radikallaşdırılıb.
Bu günkü İranda "əmr be-məruf" və "nəhy əz-münkər"in xüsusilə də, sonuncunun, subyektləri hədsiz çoxdur və getdikcə də çoxalır. İranın imamcümələri "əmr be məruf"da həm də vilayəti-fəqih prinsipinin saxtalaşdırılmasında istifadə edirlər. Bu prinsipin dövlətçilik anlayışı ilə uyuşmazlığı dəqiqdir, amma İranın din xadimləri hətta belə xarakterli prinsipi də pozurlar. Ərdəbilin imamcüməsi Təbriz imamcüməsinin hökmünün çatdığı ərazilərə dair bircə kəlmə də münasibət bildirə bilməz. Yaxınlarda baş vermiş hadisə barədə bizə danışdılar: Ərdəbilin imamcüməsinə bir qrup ərdəbilli Təbrizdə ticarətlərinə haqsız yerə müdaxilə olunması ilə bağlı şikayət edib. Ərdəbilin imamcüməsi səsini belə çıxarda bilməyib. Ərdəbilin imamcüməsi İran İslam Respublikasının başqa bir ostanında baş verən hadisəyə münasibət ortalığa qoya bilmədiyi halda, başqa bir dövlətin ərazisinə çox rahatlıqla müdaxilə edir. Hər halda biz aldanmamışıq və tam əminik ki, Allahı da aldatmaq mümkün deyildir.
"Əmr be-məruf" və "nəhy əz-münkər"in ən vacib subyektlərindən biri İrandakı gənclərin vəziyyətidir. İran dövlətinin apardığı siyasət gəncləri İslam dinindən uzaqlaşmağa, subay qalmağa, narkomanlıq və homoseksualizmlə məşğul olmağa vadar edir. İranın həbsxanalarında 6000-dən yuxarı fahişəlik, 10 000-ə yaxın homoseksual və ya uşaqbazlıq (pedofil) cinayətilə adam yatır. Bütün bunlar İranda milyon yarımlıq din xadiminin gözləri önündə baş verir. Əgər din xadiminin özü "nəhy əz-münkər"ə əməl etmirsə, bunu özgə müsəlmanlardan necə tələb edə bilər?
İranın ali dini liderinin asket həyat tərzi keçirdiyi bizə bəllidir, amma eyni sözü digər din xadimləri, o cümlədən Təbrizin, Ərdəbilin, Urmiyanın din xadimləri haqqında demək mümkün deyil. Cah-calallı mülklərin sahibi olan imamcümələrin hansısa biri neçə kasıba ev tikməyə kömək etdiklərini deyə bilərlərmi? "Əmr be məruf" budur.
İranda iki-üç din xadiminin Rusiya ərazisində mülkə sahib olmaları, Moskvada bizneslərini qurmaları haqqında məlumatlar var. Həmin imamcümələr bu biznes mühitini öz ostanlıqlarında təşkil edə bilməzlərmi? "Əmr be-məruf" budur.
Dinimizin şəri hökmləri bəzən ülgücdən iti, tükdən nazik olur. İndi çəkəcəyimiz misal Azərbaycan oxucusuna qəribə də gəlsə, dinimizdə şəri hökmdür. Evdə mətbəxdən çıxan su ilə tualet və hamamdan çıxan axıntı suyun qarışması və ya eyni kəmərlə axması da qadağandır. Bu prizmadan Tehranda, Təbrizdə, Ərdəbildə tikilən yaşayış binalarının böyük qismi İslami prinsiplərin pozulması əsasında tikilib. Tehranda belə binaların tikintisinə icazə verən sənədin altında indiki prezident M.Əhmədinecadın imzası vardır. Bu şəhərlərdən hansısa birinin imamcüməsi binaların İslami quruluşa uyğun olmaması məsələsini qaldırıbmı? "Əmr be-məruf" və "nəhy əz-münkər" də buradadır. Hakimiyyəti dövründə çoxlu belə binalar tikdirmiş M.Əhmədinecad Ərdəbilə gələndə Ərdəbil imamcüməsi cəld təyyarənin salonuna qalxıb, prezidenti orada qarşıladı. Yəqin "Əmr be-məruf" və "nəhy əz-münkər"ə əməl edirmiş.
İran din xadimlərinin yazdıqları, oxuduqları din kitabların bir qismində özləri də etiraf edirlər ki, homoseksualizmlə bağlı çoxlu mətnlər və nümunələr var. Bununla da onlar din pərdəsi altında homoseksualizmin təbliği ilə məşğul olurlar. İranın indi fəaliyyətdə olan din xadimlərinin cüzi bir qismi müctəhiddir. Müctəhid və qeyri-müctəhid olmasından asılı olmayaraq, İranda dini kitablardakı homoseksualizmi təbliğ edən ideyalara qarşı mübarizə aparılmayıb. Lap yaxınlarda İranın din xadimlərinin yazdığı kitablarda homoseksualizmin təbliğinin araşdırılması mövzusunda fəaliyyət göstərəcəyik. Onda İranın din xadimlərinin homoseksualizmin əleyhinə gedə-gedə, əslində, bunu arzulamaları aşkarlanacaqdır. Dünyanın heç bir dövlətində homoseksualizmə görə 10 000 nəfər insan həbsxanada yatmır.
İranın din xadimləri Azərbaycanda gey paradın olmayacağını dəqiq bilirlər, amma "mübarizə"lərindən geri çəkilməyiblər və Avroviziya Mahnı Müsabiqəsini dayandırmaq iddiasındadırlar: "bu yenilikdir, qoy əvvəl Avropada məşğul olsunlar". Özlərində olan avropasayağı yeniliklərə isə fikir vermək istəmirlər. Söhbət gənclərin bəzi əməllərindən getmir. Adamların kumirə çevrilməsi, bütləşdirilməsi bəzən Avropada da baş verir. Bu zaman adlı-sanlı adamlar, müğənnilər, kino və porno ulduzlar tez-tez bütləşdirilir; onlara aid əşyalar və ya toxunduqları şeylər bəzən özlərindən də artıq bütə çevrilir, auksionda baha qiymətlə satılırlar. Eynilə buna bənzər hadisə yaxınlarda İranda baş verdi. Prezident M.Əhmədinecadın 20 il əvvəl mindiyi köhnə "pegout" markalı maşına onun "fanat"larından biri 2 milyon dollar pul verdi. B.Obamanın 15 illik "Kadillak"ına isə 6-7 min dollar, A.Merkelin 10 illik "Polo"suna 10 min avro pul verdilər. Göründüyü kimi M.Əhmədinecadın bütləşmə dərəcəsini B.Obama və A.Merkellə müqayisə etməyə əsas yoxdur. Səhv etmiriksə, müqayisə etməli parametr var: məşhur porno ulduz Merilin Monronun alt paltarları dəsti də 2 milyon dollara satıldı. "Əmr be-məruf"dan, İslam dininin əsaslarını müdafiə etməkdən ağızları köpüklənə-köpüklənə danışan mollalar özlərinin gözlərinin qarşısında baş verənlərə diqqət vermirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB