Kasıb italiyalı varlanmağın yolunu tapdı: 15 nəfəri girov götürdü

İtaliyada silahlı şəxs dövlət şirkətinin filialında 15 nəfəri girov götürüb. Avropa mətbuatı yazır ki, hadisə İtaliyanın Romario-di-Lambardini şəhərində baş verib.


Belə ki, odlu silahla silahlanmış naməlum şəxs "Equitalia" dövlət müəssisəsinin filialında 15 nəfəri girov götürüb. Qeyd edək ki, "Equitalia" şirkəti vətəndaşlardan borclar və vergilər yığmaqla məşğuldur. Silahlı şəxs bildirib ki, o maddi baxımından çətin vəziyyətdədir. O həmçinin jurnalistlərlə görüşməyi tələb edib.


Hazırda şirkətin yerləşdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə