Stomatoloq keçmiş sevgilisinin bütün dişlərini çəkdi

Stomatoloq keçmiş sevgilisinin bütün dişlərini çəkdi

Polşada 45 yaşlı kişi ağzındakı bütün dişlərindən məhrum vəziyyətə düşüb. Buna səbəb onun keçmiş sevgilisi olan diş həkiminə müraciət etməsi olub.


Dünya mediası xəbər verir ki, Marek Olşevski adlı polşalı stomatoloqa müraciət edərkən vəziyyətin belə alınacağını heç ağlından da keçirmirmiş. O, diş həkimi ilə söhbətləşərək birgə keçirdikləri keçmiş günləri yada salıb. Görünür, səhvi onda olub ki, hazırda bir qadınla görüşdüyündən də danışıb. Daha sonra baş verənləri isə xatırlamadığını deyən Marek ayılanda dişlərinin yoxluğunu hiss edib.


Hadisə isə belə olub. Diş həkimi olan keçmiş sevgilisi Olşevskiyə yüksək dozalı yuxu gətirici verib. Sonradan əməlindən utandığını deyən stomatoloq həmin vaxt kifayət qədər peşəkar işlədiyini və tam emosiyasız davrandığını vurğulayıb.


Nəticədə 45 yaşlı polşalı yeni sevgilisindən də məhrum olub. Belə iki ikinci necə deyərlər, dişsiz adamla yaşamaq istəmədiyini bildirib. Hadisəni törədən isə həkimlik səhvində təqsirli bilinir. Onun 3 il müddətinə azadlıqdan məhrum ediləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə