Gəncə şəhərində genişzolaqlı fiber optik internet xdmətləri göstərməyə başlayıb
"Ailə TV" şəbəkəsinin qolu olan "Ailə NET" internet provayderi Gəncə şəhərində genişzolaqlı fiber optik internet xidmətləri göstərməyə başlayıb. SİA-nın xəbərinə görə, 2012-ci ilin yanvar ayından etibarən şəhərdə Ailə NET-in fiber optik İnternet şəbəkəsi quraşdırılması işlərinə başlanılıb. Görülən işlər nəticəsində hazırda şəhərdə yerləşən 100-ə yaxın binada Ailə NET-in fiber optik şəbəkəsi quraşdırlıb və sakinlərin istifadəsi üçün hazır vəziyyətə gətirilib.
Hazırda şəhərin Yeni Gəncə massivində, Heydər Əliyev və Atatürk prospektlərində, o cümlədən, Nizami və Cavadxan küçələrində Ailə NET-in genişzolaqlı İnternet xidmətinə qoşulmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB