Azərbaycan tarixini əks etdirən kompyuter oyunları hazırlayacaq

Azərbaycan tarixini əks etdirən kompyuter oyunları hazırlayacaq

Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan tarixini əks etdirən kompyuter oyunları hazırlayacaq.

SİA-nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu tədbirin 2012-2015-ci illər ərzində reallaşdırılması nəzərdə tutulur.

Əsas məqsəd müasir texnologiyalar vasitəsi ilə Azərbaycan tarixinin gənclər arasında öyrənilməsinə virtual imkanların yaradılmasıdır. -Bundan başqa, vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması üçün vətənpərvərlik mövzusunda maarifləndirici və təbliğat xarakterli əyani vəsaitlərin və təşviqat materiallarının hazırlanması da planlaşdırılır.

2015-ci ilə qədər aparılacaq bu tədbirin icrasını da Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyətləri yerinə yetirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə