Axtarışda olan ən qəddar faşist cinayətkarlarından sayılan 91 yaşlı Vladimir Katryük Kanadada tapılıb. Xarici mətbuata istinadən xəbər verilir ki, insan hüquqları ilə məşğul olan Simon Vizanteliya Mərkəzindəki siyahıda adı dördüncü çəkilən V.Katryük dünya üzrə qatı faşist canilərindən hesab edilirdi.
"The Canadian Press"in məlumatına görə, Kanandadakı "Bney-Brit" təşkilatının nəzdindəki yəhudi icmasının filialı hökumətə müraciətində keçmiş faşistin ölkə vətəndaşlığından məhrum olunmasını tələb edib.
"CTVNews" isə xəbər verir ki, Vizanteliya Mərkəzi onun Avropaya ekstradisiyasını və orada məhkəməyə çəkilməsini istəyir. Mərkəzin məlumatına əsasən, İkinci Dünya Müharibəsi zamanı Katryük Ukrayna 118-ci polis mühafizə batalyonunun komandiri olub. Bu batalyon dinc sakinləri, o cümlədən Belarusda yəhudiləri məhv edib.
İsveçdəki Lunda Universitetinin tarixçisi Pero Anders Rudlinqin başçılıq etdiyi tədqiqatçıların yeni araşdırmalarına görə, 1943-cü ildə Katryük Belarusun Xatın kəndində baş vermiş qətliamda az rol oynamayıb. Onlar bu soyqırımı guya partizanlara kömək məqsədilə etdiklərini bildiriblər. Bir şahidin sözlərinə görə, adıçəkilən faşistin rolu ondan ibarət olub ki, o, yanan heyvan tövləsindən qaçan insanlara atəş açaraq qətlə yetirib.
Qeyd edək ki, Vladimir Katryük Kanadaya 1951-ci ildə köçüb. O, bu ölkənin vətəndaşlığını aldıqdan sonra nasistlərlə bütün əlaqələrini kəsib. Amma 1999-cu ildə yerli hakimiyyət bu əlaqələrin olduğunu bilib onu vətəndaşlıqdan məhrum etmişdi. Əldə kifayət qədər dəlil-sübutun olmamasından 2010-cu ildə vətəndaşlığı yenidən bərpa olunub.
Hazırda Vladimir Katryük həyat yoldaşı ilə birgə Monreal yaxınlığındakı Ormstaun adlanan kiçik fermada yaşayır. O, əvvəllər fasiştlərlə birgə cinayət etməsi xəbərlərini təkzib etsə də, yeni araşdırmalara şərh vermək istəməmişdi. /168.az/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB