Tədqiqatda iştirak edən 31 insanın hər biri hər gün tərkibində 70 faiz kakao olan 50 qram tünd şokolad və ya 0 faiz kakao olan 50 qram ağ şokolad yeyiblər. Alimlər tədqiqatdan əvvəl göstəriciləri, xüsusilə qan təzyiqini, piylənmə səviyyəsini və qanda olan qlükozanın səviyyəsini qeyd ediblər. Bu göstəricilər 15 gündən sonra yenidən yoxlanılıb.
Testlərin nəticəsinə əsasən, tünd şokolad yeyən şəxslərin qanında qlükozanın səviyyəsi aşağı və ağ şokolad yeyənlərlə müqayisədə "yaxşı" xolesterolun səviyyəsi yuxarı olub. Ürək xəstəlikləri ilə mübarizədə tünd şokoladın faydasını təsdiq edən bu məlumatlara baxmayaraq, tədqiqatçılar qeyd ediblər ki, tünd şokoladdan çox istifadə etmək olmaz, çünki o, yüksək kalorilidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB