Dünyanın ən böyük sosial şəbəkəsi olan \"Facebook\" saytında \"Symantec\", \"McAfee\" və informasiya təhlükəsizliyi həllərinin istehsalçıları arasından digər partnyorların lisenziyalı antivirus proqramlarını yerləşdirib və istifadəçilər onları yükləyə bilərlər. Bu barədə \"Facebook\"un korporativ bloqunda qeyd edilib.
SİA-nın verdiyi xəbərə görə, \"Facebook\" saytının \"AV Marketplace\" adlı yeni bölməsində \"Norton Antivirus\", \"Microsoft Security Essentials\", \"Sophos Anti-Virus for Mac Home Edition\" antivirus proqramı, \"TrendMicro\" və \"McAfee\"-nin həlləri yerləşdirilib.
\"Facebook\", həmçinin istifadəçiləri təhlükəli istinadlardan və spamdan müdafiə etmək üçün \"Microsoft\", \"Symantec\", \"McAfee\", \"TrendMicro\" və \"Sophos\" ilə əməkdaşlıq elan edib.
Məlumat üçün bildirək ki, \"Facebook\" sosial şəbəkəsinin auditoriyası artıq 900 milyonu ötüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB