Azərbaycand səs ilə işləyən kompüterlər hazırlanıb və yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. SİA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxışı zamanı deyib. O bildirib ki, bu kompüterlər ilkin olaraq 100 nəfər görmə qabiliyyətini itirmiş şəxslər üçün nəzərdə tutulub. Nazirin sözlərinə görə, səsli kompüterlər vasitəsilə görmə qabiliyyəti olmayan şəxslər yeni texnologiyalardan istifadə edə biləcək, elmi işlərdə iştirak etmək imkanı qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB