İraq prezidenti Cəlal Təlabani Küveytin naziri Nasir Səbah əl-Əhməd əl-Cəbar əs-Səbaha diktator Səddam Hüseynin tüfəngini bağışlayıb. Bu barədə məlumatı "Frans press" agentliyi yayıb.
Xəbər verilir ki, Tələbani ilə Səbahın görüşü İraqın şimalındakı Süleymani şəhərində baş tutub. Deyilənə görə, kürd prezident vaxtının böyük hissəsini məhz burada keçirir.
O da bildirilir ki, S.Hüseynin nazirə bağışlanılmış silahı "Brno" Çexiya istehsalı olan tüfəngdir. Keçmiş diktator paradlarda tez-tez həmin silahdan havaya atəş açmağı xoşlayırmış.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB