Mayda planetimizi güclü soyuqlar gözləyir

Mayda planetimizi güclü soyuqlar gözləyir

Yaxın vaxtlarda Günəşdə yarana biləcək dörd maqnit qütbü Yerdə müvəqqəti olaraq soyuqlara səbəb ola bilər. Məlumata görə, bu barədə Yaponiya Milli Rəssədxanası və Təbii Elmlər İnstitunun alimləri bildiriblər. Tədqiqatçılar bunu Günəşi izləyən "Xinode" ("Vosxod") peyki vasitəsilə uzun müddət apardıqları müşahidələrin nəticəsi kimi bəyan ediblər.


Maqnit qütbləri adətən 11 ildən bir yerlərini dəyişir və bu vaxt onlar coğrafi qütblərlə üzt-üstə düşür. Növbəti dəyişikliyin 2013-cü ilin mayına təsadüf edəcəyi gözlənilsə də, bu dəfə Günəşdə şimal qütbünün mənfiyə doğru hərəkət etməsi hadisənin bir əvvəl, 2012-ci ilin mayında baş verəcəyi bildirilir. Mütəxəssislər cənub qütbünün də hərəkətinin dəyişəcəyini istisna etmirlər.


Tədqiqatçılar hesab edirlər ki, belə hallar ekvatora yaxın ərazilərdə iki müvəqqəti maqnit qütbü yaradır. Oxşar hadisələr XVII-XVIII əsrlərdə Günəşdə baş verib və o vaxtlar Yer kürəsində güclü soyuqlar müşahidə olunub.


Yaponiyalı alimlərin fikrincə, bu dəfə də Günəşdə dörd maqnit qütbünün görünməsi müvəqqəti olaraq planetimizdə davamlı istiləşmənin dayanmasına səbəb ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə