“Şindlerin siyahısı” filminin baş qəhrəmanı İslam dinini qəbul etdi
58 yaşında azanın səsini eşidən Liam Nison son qərarını verib
Məşhur irlandiyalı aktyor Liam Nison Türkiyəyə səfəri zamanı İslam dinini qəbul edib. Məlumata görə, aktyor bildirib, həyatında ən böyük arzusu bu dini qəbul etmək olub: "Mən həmişə katolik dinini öyrənmişəm. Amma heç vaxt iki məsələni dərk edə bilməmişəm-Bu dünya nəyə görə yaradılıb və biz bu dünyada nə edirik? Mən bu suallara cavabı İslamda tapdım".
Əvvəllər bu dini qəbul etməkdə bəzi tərəddülər etsə də, ulduz aktyor 58 yaşında Türkiyəyə səfəri zamanı azanın səsini eşidib və son qərarını verib.
Nilson bildirib ki, namaz onun ruhuna böyük qida verib: "Türkiyəyə səfərim zamanı namaz haqda video-çarxı gördüm və o, mənə böyük təsir etdi. Birinci həftə ərzində hər gün 5 dəfə namaz qılmaq mənə çətin olsa da, hiss edirdim ki, qəlbimə çox xoş təsir edir".
Qeyd edək ki, Şimali İrlandiyada doğulan və kişik yaşlarında kilsədə xidmət edən Liam Nison "Şindlerin siyahısı", "Ulduz döyüşləri", "Nyu-Yorkun bandası", "Girov qız", "Real məhəbbət" və başqa filmlərdə oynadığı rollara görə Britaniya imperiyasının Kavaler Ordeninə layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB