Günəş fırtınasının gətirəcəyi fəlakət

Günəş fırtınasının gətirəcəyi fəlakət

Məşhur elmi jurnal "New Scientist" 2012-ci ilin sentyabr ayında günəş fırtınasının qopacağını iddia etmişdi. Mütəxəssislər 153 il əvvəl meydana gələn və həyatı iflic edən günəş fırtınasının 2012-ci ilin sentyabr ayında Şimali Amerika və Avropada qopacağı proqnozunu verdilər. 1859-ci ilin sentyabrın 1-də günəşdən gələn anormal maqnetik enerji səbəbi ilə teleqraf sistemləri tamamilə məhv olmuşdu. Bu hadisə reallaşdığı zaman gecə saat 02:00-də dünya gündüz kimi işıqlanmışdı. Lakin mütəxəssislər 2012-ci ildə baş verəcək günəş partlayışının daha dəhşətli nəticələri olacağını düşünürlər.


Qiyamət qünü Müqəddəs kitablarda


İstər səmavi, istərsə qeyri. Bütün dinlərdə qiyamətin bir gün mütləq gələcəyi vurğulanır. İnsanları xəbərdar edən səmavi dinlərin müqəddəs kitabları Quran, İncil və Tövratda qiyamət günü üçün göstərilən nişanə isə eynidir- SƏMA!


Qurani-Kərim qiyamət günü göyün yarılaraq qopacağından, İncil isə qiyamət anında günəşin qara, ayın isə qan kimi qırmızı olacağından və ulduzların yerə düşəcəyindən bəhs edir. Musəvilərin müqəddəs kitabı Tövrat isə qiyamətin göydən gələcəyini bu sözlərlə təsvir edir: "Bütün məmləkəti viran etmək üçün, Rəb və qəzəbinin silahları uzaq bir diyardan, göylərin ucundan gəlirlər.


Marduk planetinini gətirəcəyi fəlakət


2012-ci ildə dünyaya yaxınlaşacağı iddia edilən Marduk planeti fəlakəti əslində dəqiq olmayan məlumatdır. Ancaq NASA 1984-cü ildə dünyadan çox böyük və tünd qırmızı rəngli göy cisminin Plutonun orbiti ətrafından göy sisteminə daxil olaraq sürətlə yaxınlaşdığını qeyd etmişdi.


3661 ildə bir dəfə


Nəzəriyyələrə görə təxminən e.ə 3100-cü ildə yaşamış Maya, Misir, Şümer Harappa və Minos kimi köhnə dünyanın sivilizasiyalarına aid qeydlərdə ortaya çıxan Marduk 3661 ildə bir dəfə dünyaya yaxınlaşır. Və hər dəfə yaxınlaşanda dünyada təbii fəlakətlər baş verir.


Meteorit dünyanı yox edəcək


Dünyada həyat 600 milyon ildir davam edir. Ancaq meteor kimi xarici faktorlar və yer kürəsində yaşanan dəyişmələr 5 dəfə canlıların nəsillərinin tükənməsinə səbəb oldu. Mütəxəssislər meteorit və kosmos cisimlərini əsl fəlakət hesab edirlər. Meksikada 65 milyon il əvvəl baş verən meteorit yağışı dinozavrların məhvinə səbəb oldu. 1908-ci ildə 50 metrlik meteorit Sibir ərazisinədüşdü. 1989-ci ildə 300 metrlik meteorit az qala dünya ilə toqquşacaqdı. 2010-cu ildə 10 metrlik meteoritin dünyanın yaxinliğindan keçməsi isə qiyamət carçıları arasında həyəcan yaratdı.


Nəhəng vulkan partlayışları


Yer kürəsində 4500 milyon ildir ki, sıxılıb qalan elementlər vulkan vasitəsi ilə gözlənilmədən bir anda partlayır. 1815-ci ildə Tambora dağındakı partlayış 90 mindən çox insanın ölümü ilə nəticələndi. 1991-ci ildə Filippində 10 milyard ton qalıq və toz atmosferə yayıldı. Planetə düşən günəş işığı yüzdə üç nisbətində azaldı. 100 min il əvvəl baş verən "böyük ölüm" təkrarlana bilər.


Günəş sistemindəki planetlər toqquşacaq


Ötən əsrin 1950-ci illərində rus yazıçısı Emmanuel Velikovski "Toqquşan dünyalar" kitabını yazanda hər kəs ona dəli kimi baxırdı. Müşahidələr sübut etdi ki, planetlərin orbitləri dəyişir və bir-birlərinin cazibə qüvvəsi ölçü və sürətə görə artıb azalır. Ötən il Paris rəsədxanasındakı araşdırmada dünyanın Mars, Venera və Merkuri ilə toqquşma ehtimalından bəhs edilirdi. Lakin bu 5 milyard il ərzində yüzdə 1 ehtimal edilir.


Qlobal istiləşmə həyatı bitirəcək


İngiltərənin keçmiş baş naziri Marqaret Tetçer 1988-ci ildə iqlim dəyişikliyi ilə bağlı narahat olduğunu bildirdi və bu mövzuda böyük proqram hazırlamağı təklif etdi.


20 il sonra qlobal istiləşmə özünü biruzə verdi. Beynəlxalq toplantılar keçirildi. Araşdırmalara görə dünya hər il daha da istiləşir. Bu proses ilə okean suları daha çox buxarlaşacaq və günəş istiliyinin dünyaya təsiri artacaq. Bundan əlavə, Alyaska Universitetinin araşdırmasında qlobal istiləşmə ilə birlikdə meydana gələn metan qazının da təsirinin təhlükə yaradacağını açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə