83 yaşlı model- FOTOSESSİYA
83 yaşlı model Dafna Self hələ də öz karyerasını davam etdirir. SİA-nın məlumatına görə, o, öz həmkarlarından 4 dəfə daha yaşlıdır. Ancaq buna baxmayaraq yaşlı model işindən çox məmnundur.


83 yaşlı model 60 ildən bəri moda biznesində çalışır və hətta cavanlıq illəri ilə müqayisədə daha populyardır. Həyatı boyu plastik cərrahiyyə əməliyyatına əl atmayan Dafna nənə model kimi gündə 1600 dollar qazanır.


\"Gənc modellərdən bəzilərinə heyranam. Amma onlara paxıllıq etmirəm. Bu gəncləri özümə təhlükə saymıram\", - Dafna nənə deyir.


Bütün xəbərlər Facebook səhifəmizdə