İçməli su kranından su əvəzinə ilan çıxıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin Malatya şəhərində su kranını açan ev sahibi sözün əsl mənasında şoka düşüb. Mənzilin sahibi Yaşar Dağların sözlərinə görə, su kranından su ilə birgə iki ədəd kiçik ilan düşüb.
İlk dəfə belə bir hadisə ilə rastlaşdığını deyən Yaşar Dağlar məsələ ilə bağlı şəhər bələdiyyəsinin əməkdaşlarına müraciət etdiyini, lakin bununla heç kimin maraqlanmadığını deyib.
Bu hadisədən sonra artıq Dağlar ailəsinin üzvləri su kranından içməli su üçün istifadə etmir.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB