NASA nəhayət, Marsda lava izinin fotolarını çəkə bilib. SİA-nın əldə etdiyi xəbərə aid şəkillərdəki görüntülər fil təsvirini xatırladır.
HİRISE layihəsi çərçivəsində aparılan tədqiqatlarda yüksək keyfiyyətə malik fotolar əldə edilib. Kameranın köməyilə hətta 50 santimetrlik obyektlər də qeydə alınıb. "Fil" təsvirinin tamamlanması üçün 22 min şəkil toplusundan istifadə edilib.
Alimlərin sözlərinə görə, lava axınlarının bu cür hərəkəti Marsda milyard illərlə baş verən geoloji dəyişikliklərin nəticəsidir.
Amerika alimləri "fil" təsvirinə bənzəyən şəkillər əldə etdiklərinə sevindikləri bir vaxtda NASA-nın avropalı əməkdaşları daha dəyərli tapıntı - Qırmızı planetdə həyat olmasına dair sübutla ictimaiyyəti heyrətləndiriblər.
NASA-nın peykləri Marsdakı Tarsis yaylasının yeraltı tunellər şəbəkəsinin fotogörüntülərini əldə edə bilib. Tədqiqatçılar güman edirlər ki, vulkan püskürməsi nəticəsində yaranan yeraltı sığınacaqlarda yadplanetlilər özlərinə məxsus həyat tərzi keçirirlər, yaxud da gələcəkdə bu tipli yaşayış mövcud olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB