Səudiyyə Ərəbistanı Kralının ailə üzvü və dünyanın varlı insanlarından biri şahzadə əl-Valid ibn Təlal bin Əbdüləziz Al Səud bir neçə il gözlədikdən sonra, nəhayət, öz sifarişinin bəhrəsini - 500 milyon dollarla başa gələn dəbdəbəli Airbus A-380 şəxsi təyyarəsini görəcək. SİA-nın xəbərinə görə, biznes-cet heyrət doğurur.
Təyyarədə superkarlar üçün qaraj, tövlə və s. var.Jurnalistlərin "Ərəbistanın Uorren Baffeti" adlandırdıqları şahzadə əl-Valid Airbus A-380 təyyarəsini hələ 2007-ci ildə sifariş verib. İndi isə dünyanın ən bahalı biznes-ceti öz sahibini gözləyir.Özlüyündə yeganə olan təyyarədə iki Rolls-Royce avtomobili üçün qaraj, atlar və dəvələr üçün tövlə, qırğı quşları üçün xüsusi yer və namaz otağı vardır. Fırlanan namaz otağı daim Məkkəyə istiqamətlənir.
Biznes-cet barədə bundan əvvəl də yazan KİV-lər diqqəti maraqlı bir fakta cəlb edib.
Həmçinin bildirilir ki, təyyarə hovuz, sauna və idman zalı ilə təchiz ediləcək, yeməkxanasına mərmər döşənəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB