Böyük Britaniyanın Esseks qraflığında qəribə hadisə baş verib. Qraflığın sakini Oliviya Norton dünyaya ağappaq qız uşağı gətirib. Həkimlər müəyyənləşdiriblər ki, 6 aylığında doğulan körpənin qanında hemoqlobin demək olar, yoxdur.
"Vesti.ru"ya istinadən xəbər verilir ki, həkimlər "ağ adam"ın tezliklə öləcəyini düşünsələr də, gözlənilməz hadisə baş verib və onun orqanizmi bədənə qoşulan qurğuya həssas reaksiya verib.
Birinci analığını yaşayan O.Nortonun dediklərindən: "Qızım sanki ruhu xatırladırdı. Mən şokda idim. Bu ilk uşağım olduğundan onun necəliyini təsəvvürümə gətirmirdim. Daim fikirləşirdim. Sən demə heç düşünmədiyim vəziyyətlə üzləşəcəkmişəm".
Qeyd edək ki, həkimlər də gördüklərindən şoka düşüblər. Körpənin bədəninə qan köçürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB