Bu gün Bakıda ilk dəfə olaraq mobil biznes mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbir Azərbaycanın ilk mobil biznes portalı olan "Mobiz.az"-ın təşkilatçılığı ilə reallaşıb. Tədbirə mobil texnologiya sahəsinə aid özəl qurum təmsilçiləri ilə yanaşı, müxtəlif QHT nümayəndələri iştirak edib. Bundan əlavə, konfransa Azərbaycanda fəaliyyət göstərən şirkət və qurumların təmsilçiləri ilə yanaşı Gürcüstan, Türkiyə və digər ölkələrdən olan nümayəndələr də qatılıb.
Tədbirin təşkilat komitəsinin sədri Məmməd Kərimov deyib ki, hazırda bütün dünyada mobil texnologiyalara keçid prosesi sürətli şəkildə davam etməkdədir. Bu prosesin Azərbaycandan da yan keçmədiyini deyən M.Kərimov vurğulayıb ki, artıq ölkədə bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. Onun sözlərinə görə, "Azərbaycanda mobil biznes imkanları" adlı konfrans ölkədə mobil texnologiyalara keçid prosesinin daha sürətli və sistematik bir məcraya yönəlməsinə böyük imkanlar yaradacaq.
Tədbirin davamında bir sıra şirkətlərin nümayəndələri çıxış edərək bu konfransın texnologiya ilə biznes əməkdaşlığına yeni töhfələr verəcəyini deyiblər. Qarşılıqlı fikir mübadiləsi çərçivəsində keçən konfransda bir sıra məsələlərə və mövcud problemlərə aydınlıq gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB