London sərgisində Albert Eynşteynin beyni göstərilib

London sərgisində Albert Eynşteynin beyni göstərilib
Londonda keçirilmiş sərgidə istəyən şəxslər fizik-nəzəriyyəçi Albert Eynşteynin beyninin fraqmentlərinə baxa biliblər. SİA-nın xəbərinə görə, \"Wellcome Collection\" qalereyasında XIX əsrin məşhur kanadalı cinayətkarı Edvard Rulloffun, sufrajist (sufrajizm hərəkatında iştirak edən qadın) Helen Qardenerin və adsız qədim misirlinin beyninin bir hissəsi də tamaşaçılara göstərilib.


Qeyd edək ki, Albert Eynşteynin beyninin hissələri Böyük Britaniyada ilk dəfə nümayiş olunub. Onlar patoloqoanatom Tomas Xarvinin sayəsində saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com