Rusiya prezidenti Dmitri Medvedyevin iqamətgahından Dorofey adlı pişiyi qaçıb. Bu barədə məlumatı sobesednik.ru yayıb. Hazırda pişiyin axtarışı istiqamətində intensiv işlər gedir. İgamətgahın yerləşdiyi Qorki rayonunun hər tərəfinə heyvanın böyüdülmüş şəkli vurulub. Qeyri-adi cinsdən olan pişiyi tapana hədiyyə kimi 1000 ABŞ dolları veriləcək.
Axtarışına yerli polisin cəlb edildiyi pişik bazar gününədək tapılmasa, mövcud istiqamətdəki fəaliyyətə əlavə qüvvələrin cəlb ediləcəyi bildirilir. Məsələyə münasibət bildirən felinoloq İrina İlminskayanın sözlərinə görə, hazırkı vəziyyətdə heyvanın kütləvi axtarışdan qorxaraq gizlənməsi də mümkündür. O təklif edir ki, Dorofeyin sahibi səhər tezdən yuxudan duran zaman tam sakit bir yerdə pişiyi özü çağırsın.
Qeyd edək ki, xüsusi cinsdən olan Dorofeyə diqqət Dmitri Medvedyev prezident seçiləndən sonra daha da artıb. Yayılan məlumatlara görə, o hətta Rusiya prezidenti ilə qonşuluqda yaşayan SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun pişiyi ilə də dalaşıb. Amma onun həmin döyüşdə məğlub olduğu, aldığı yaralardan sonra bir ay müalicə-reabilitasiya kursu keçdiyi deyilir. Ən maraqlısı isə budur ki, həmin vaxt Dorofeyin bir daha belə vəziyyətlərə düşməməsi üçün onu axtalayıblar. Belə görünür, M.Qorbaçovun pişiyi əks cinsdən imiş.
Onu da deyək ki, ən son məlumatlara görə, Hindistanda səfərdə olan D.Medvedyev özünün Tvitter səhifəsində pişiyinin qaçması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatları təkzib edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB