Türkiyənin ardınca ABŞ-da da üz nəqli həyata keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, amerikalı mütəxəssislər 15 il öncə silahla vurulan 37 yaşlı Riçard Norrisə üz nəqli ediblər. 36 saat davam edən əməliyyat nəticəsində xəstəyə üz, dil, diş, alt və üst çənə nəql edilib. Həkimlər bunu bu günə qədər həyata keçirilən ən uğurlu üz köçürmə əməliyyatı adlandırıblar.
Məlumat üçün bildirək ki, Riçard bir neçə il öncə üzündən güllə ilə vurulub və nəticədə o, burnunun və ağzının xeyli hissəsini itirmişdi. Əməliyyat Amerikanın Virciniya ştatında həyata keçirilib. 37 yaşlı Riçard bundan əvvəl dəfələrlə üzündən əməliyyat olunub, ancaq heç bir irəliləyiş olmayıb. Riçard əməliyyatdan 6 gün sonra gözünü rahat şəkildə açıb-yuma bilib. Xəstə gözlərini açan zaman ilk istədiyi güzgü olub.
Qeyd edək ki, Riçard hazırda xəstəxanada həkimlərin ciddi nəzarəti altındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB