Sahilə çıxan “canavar”  hamını qorxutdu - FOTO

Sahilə çıxan “canavar”  hamını qorxutdu - FOTO

ABŞ-ın Cənubi Carolina ştatının Folly çimərliyinin sahillərinə naməlum səbəblərdən çıxan nəhəng ölçülü dəniz canlısı sakinlər arasında həyəcan yaradıb. SİA-nın xarici mənbələrə istinadən verdiyi məlumata görə, canlını araşdıran mütəxəssislər hadisəyə aydınlıq gətirib. Baytar həkim bunun böyük mərsin balığı cinsindən olduğunu bildirib.


Kiçik, parlaq gözləri, xəttli dərisiylə sanki bir dəniz canavarını xatırladan mərsin balığı ətrafdakıların diqqətini çəkib. Şərti olaraq mərsin balığı adı verilən bu növün uzunluğu 3 metrə, ağırlığı da 14 kiloya qədər çata bilir.


Bütün xəbərlər Facebook səhifəmizdə