Bakıda ilk dəfə olaraq mobil biznes mövzusunda konfrans keçiriləcək

Bakıda ilk dəfə olaraq mobil biznes mövzusunda konfrans keçiriləcək

Aprelin 6-də Bakıda ilk dəfə olaraq mobil biznes mövzusunda konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, "Azərbaycanda mobil biznes imkanları" adlı konfrans ölkədə mobil texnologiyalara keçid prosesinin daha sürətli və sistematik bir məcraya yönəlməsinə böyük imkanlar yaradacaq. Konfransda nəinki Azərbaycanda fəaliyyət göstərən şirkət və qurumların təmsilçiləri, eyni zamanda Gürcüstan, Türkiyə və digər ölkələrdən olan nümayəndələrin də iştirakı nəzərdə tutulub. İlkin məlumatlara görə, tədbirə mobil texnologiya sahəsinə aid özəl qurum təmsilçiləri ilə yanaşı, müxtəlif QHT nümayəndələri də qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə