Küveytdə atıcılıq üzrə dünya çempionatında maraqlı hadisə baş verib. Məlumata görə, dünya çempionu olmuş Qazaxıstan idmançısının şərəfinə himnin əvəzinə "Borat" filmindən fahişələr haqda mahnı səslənib. Qadın atıcı bu mahnını eşidəndə əvvəlcə bunu zarafat kimi başa düşsə də, sonradan təbəssümlə reallığı qəbul edib.
Qeyd edək ki, Küveyt kinoteatrlarında bu filmin nümayişinə qadağa qoyulub.
Xatırladaq ki, "Borat" filmi Britaniya komiki Saşa Baron Koen tərəfindən 2006-ci ildə ekranlaşdırılıb. Bu ekran əsərində düşünülmüş obraz – Qazaxıstan jurnalisti Borat Saqdiyevdən bəhs edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB