"Ailə NET" İnternet provayderi yeni xidmət növləri tətbiq etməyə davam edir. Belə ki, Azərbaycanda və Cənubi Qafqazda ilk fiber optik internet provayderi olan "Ailə NET" Novruz bayramı ərəfəsində daha bir layihəyə imza atıb. SİA-nın xəbərinə görə, artıq "Ailə NET" abonentləri Azərbaycan və dünya kinomotoqrafının istehsalı olan filmləri, müxtəlif janrlarda olan musiqiləri və kompyuter oyunlarını "Ailə NET Mediateka" (http://media.ailenet.az) saytından yükləyə biləcəklər. Bu sayt Novruz bayramı ərəfəsində istifadəyə verilib. "Ailə NET"-in Mediateka saytı "Kino", "Musiqi" və "Oyun" adlanan üç hissəyə bölünüb. Kino hissəsində abonentlər Azərbaycan və Dünya kinemotoqrafının istehsalı olan müxtəlif janrlarda filmlər barədə məlumat ala biləcək və həmin filmləri yükləyə biləcəklər.
Saytdan istifadəni asanlaşdırmaq üçün olduqda rahat interfeys yaradılıb. Saytın üst hissəsində ən yeni filmlərin kadrları əks olunan manşet yerləşdirilib. Bu manşet vasitəsi ilə istifadəçilər həm yeni filmlər barədə məlumat ala biləcək, həm də onları yükləyə biləcəklər. Manşet hissəsində filmlərin yükləmə sayı da göstərilib. Yükləmə sayı artdıqca bu rəqəm də dəyişir. Bu da öz növbəsində, filmlərin reytiqini müəyyən etməyə yardımçı olur. "Ailə TV Kinozal" telekanalında indiyə qədər nümayiş olunan və bundan sonra da nümayiş olunacaq filmlərin hamısını bu saytda tapmaq mümkündür.
Ailə TV-nin müştəri xidmətlərinə - (012) 920 nömrəsinə zəng vurmaqla və ya "Ailə TV"-nin rəsmi Facebook səhifəsində (http://fabebook.com/aile.tv) suallar yerləşdirməklə Mediateka saytı ilə bağlı daha ətraflı məlumat əldə etmək mümkündür.
Qeyd edək ki, "Ailə NET" internet provayderi 2010-cu ildən etibarən Bakı şəhərinin Nizami və Xətai rayonlarında 100-ə yaxın binaya genişzolaqlı fiber optik internet xidməti göstərməyə başlayıb. Hazırda Ailə NET-in əhatə dairəsi sürətlə genişləndirlir. 2014-cü ilə qədər bütün Bakı ərazisini genişzolaqlı fiber optik internetlə təmin olunması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB