TV abonentləri ödənişləri elektoron köşklər vasitəsi ilə də həyata keçirə bilərlər

TV abonentləri ödənişləri elektoron köşklər vasitəsi ilə də həyata keçirə bilərlər

Mart ayının 16-dan etibarən, "Ailə TV" kabel televiziyası operatoru və "Ailə NET" internet provayderinin abunəçiləri aylıq abunə haqlarını Bakı şəhərinin müxtəlif hissələrində yerləşən elektron ödəmə köşklərində və Pay Point ödəmə məntəqələrində həyata keçirə bilərlər. SİA-nın xəbərinə görə, bu prosesin həyata keçirilməsi üçün "Ailə TV" şəbəkəsi ilə "Pay Point" şirkəti arasında müvafiq razılaşma əldə edilib, lazımi texniki işlər görülüb. Ödənişlər Bakı şəhərində quraşdırılmış 400 ədəd ödəmə terminalında və 1000 ədəd ödəmə məntəqəsində həyata keçirilə bilər.

Ödəniş etmək üçün, abonent Pay Point köşkünün ekranında müvafiq olaraq, "İnternet" və ya "Kabel TV" adlanan bölmələri seçməli, daha sonra açılan siyahıdan "Ailə NET" və ya "Ailə TV" bölmələrinə daxil olmalıdır. Bundan sonra, abonentin unikal nömrəsini daxil edərək, lazım olan qədər nəğd vəsait daxil etməlidir. Ödəniş uğurla həyata keçirildikdə, bir neçə saniyə sonra, ödənişin həyata keçirilməsi üçün çek çap olunacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə