Dünyanın məşhur içki şirkətləri olan \"Coca Cola\" və \"Pepsi\" məhsullarının tərikibini dəyişmək qərarına gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu qərarı insanların sağlamlığı ilə əlaqələndiriblər. Məhsullara qəhvəyi rəngi vermək üçün istifadə edilən maddələrin tərkibində kanserogen olması iddiasına cavab olaraq şirkət bu addımı atıb.
Amerikanın Kaliforniya əyalət məhkəməsinin əmri ilə \"Coca Cola\" və \"Pepsi\" istehsal prosesində dəyişiklik edəcək. Belə ki, şirkətlər qəhvəyi rəngi almaq üçün başqa bir maddədən istifadə edəcəklər. Yeni tərkibli məhsulların ilk dəfə Kaliforniyada satılacağı bildirilir.
Bununla yanaşı, \"Coca Cola\" nümayəndəsinin sözlərinə görə, dəyişiklərin edilməsinə baxmayaraq içkinin dadında heç bir dəyişiklik olmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB