Buz nigahı- FOTOSESSİYA

Murmansk vilayətinin Kirovsk şəhəri yaxınlığında kəndlərin birində qeyri-ənənəvi şəkildə ailə qurmaq istəyənlər üçün \"Buz sarayı\" açılıb. Qeyri-adi şəkildə nigah bağlamaq istəyən cütlüklər \"Buz sarayı\"nda nigah mərasimlərini qeyd edirlər. Bu sarayda evlənən cütlüklər buzdan hazırlanmış qədəhlərdə şampan şərabı içə, hətta buz kitabında qeydiyyatdan belə keçə bilərlər.

Qeyd edək ki, bu böyük kompleksə qütb turistlərini cəlb etmək üçün hər cür şərait yaradılıb.

Məlumat üçün bildirək ki, ötən il burda bir neçə cütlük nigah bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə