Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rəqəmsal televiziya ilə bağlı təlimat hazırlayır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) rəqəmsal televiziya ilə bağlı geniş təlimat hazırlayır.
RİTN-in mətbuat xidmətindən bildiriblər ki, hazırlanan təlimat daha geniş şəkildə olmaqla, vətəndaşlar üçün rəqəmsal televiziya ilə bağlı bütün məlumatları özündə əks etdirəcəkdir.
Burada rəqəmsal televiziya xidmətinə qoşulmaq və ondan istifadə qaydaları ardıcıllıqla əks olunacaq və hər bir detal barədə açıqlamalar veriləcəkdir. Təlimat yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB