Dünyanın ən qədim idman avtomobili bir milyon dollara satılır-FOTO
1913-cü ildə istehsal olunan və ispan kralının şərəfinə adlandırılmış Hispano-Suiza Type Alfonso XIII adlı nadir avromobil satışa çıxarılıb. Bu dünyada kralın adı ilə adlandırılmış çox az sayda avtomobillərdən biridir və ümumiyyətlə nadir avtomobillərdəndir ki, yalnız 4 nümunəsi yaradılıb. Məhz bu göstəricilər maşının qiymətinə təsir edib: yaxın günlərdə keçiriləcək retro avtomobillər auksionunda onun başlanğıc qiyməti 750 min-1 milyon dollar arası qoyulacaq.
Maşının şərəfinə adlandırıldığı Alfonso XIII 1886-cı ildən 1931-ci ilə kimi İspaniyanı idarə edib. O İspaniya avtomobil brendi olan Hispano-Suiza-nın ən güclü pərəstişkarlarından biri olub, onun qarajında bu markanın 30-a yaxın avtomobili saxlanılıb. Məhz bu avtomobilin markalarından biri də kralın şərəfinə Type Alfonso XIII adlandırırlıb. Bu maşın həmin dövrün ən güclü idman avtomobilərindən olub.
Hazırda auksiona təqdim olunacaq nümunə 1980-ci ildə Andalusiyanın şəhərlərindən birində çox acınacaqlı bir vəziyyətdə aşkar olunub. Onu bərpası uzun illərə başa gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB