Mobil cihazların qeydiyyat mərkəzi yaradılır

Mobil cihazların qeydiyyat mərkəzi yaradılır

Nazirlər Kabinetinin "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq ölkə ərazisində mobil cihazların qeydiyyat mərkəzi yaradılır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən məlumata görə, mərkəzin məqsədi mobil cihazların qeydiyyat sisteminin (MCQS) tətbiqidir. Mərkəzdə Azərbaycanın telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların, bu qaydada nəzərdə tutulmuş texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı nəzərdə tutulub. Mərkəz düşdükdən sonra MCQS vasitəsilə qeydiyyatsız, oğurluq və klon cihazların IMEI (International Mobile Equipment Identification) kodları vasitəsilə identifikasiya olunaraq mobil rabitə şəbəkələrində istifadəsi məhdudlaşdırılacaq.


Bu ay mobil operatorların şəbəkələrində mobil cihazların IMEI kodlarının monitorinqinə başlanıb. IMEI kodların monitorinqi Azərbaycana qeyri-leqal idxal olunan və ölkənin mobil rabitə şəbəkələrində istifadə olunan mobil cihazları üzə çıxarmağa imkan verəcək. Monitorinq nəticəsində saxta IMEI kodları olan mobil cihazlar da aşkar olunacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə