"Kia Motors-Azərbaycan" şirkəti tərəfindən təqdim olunan "Kia"nın yeni KH modeli arxa ötürücülü sedandır. Model "hay-tek" xüsusiyyətlərilə birgə innovativ dizaynı ilə də diqqət çəkir. SİA-nın məlumatına görə, KH şirkətin yeni modelləri arasında ən səbirsizliklə gözlənilən modeldir.
Qeyd edək ki, yeni model Koreya Respublikası bazarında 2012-ci ilin birinci yarısında satışa çıxarılacaq.
Sadə və texniki cəhətdən qabaqcıl elementlərlə ifadə olunmuş KH-ın dizayn konsepsiyası fərqli, modern və klassikdir. Yeni modelin ön hissəsi lüks avtomobillərə uyğun dizayn edilib.
Məlumat üçün bildirək ki, xarici bazarlarda satışa buraxılma tarixləri bəlli olmasa da tam yeni arxa ötürücülü böyük sedanın model sıralarında aparıcı olacağı və "Kia"nın bütün üstünlüklərini nümayiş etdirəcəyi dəqiqdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB