Goranboy rayonunda məcburi köçkünlər üçün salınan yeni qəsəbədə Xocalı Rabitə Qovşağının yeni poçt şöbəsi tikilərək qəsəbə sakinlərinin istifadəsinə veriləcək. SİA-nın verdiyi məlumata görə, qəsəbə sakinlərinə bütün poçt xidmətləri göstəriləcək. Hazırda rayon rabitə qovşağı Naftalan şəhərində yerləşir.
Qeyd edək ki, ötən il 9 oktyabr Poçt işçiləri günü ərəfəsində Nəsimi rayonu ərazisində, metronun "20 Yanvar" stansiyası yaxınlığında qovşağın Xankəndi poçtu istifadəyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB