Azərbaycanda mobil operatorların şəbəkələrində mobil cihazların IMEI kodları yoxlanılacaq

Azərbaycanda mobil operatorların şəbəkələrində mobil cihazların IMEI kodları yoxlanılacaq
Fevral ayından Azərbaycanda mobil operatorların şəbəkələrində mobil cihazların IMEI kodlarının monitorinqinə başlanılıb. SİA-nın verdiyi məlumata görə, IMEI kodların monitorinqi Azərbaycana qeyri-leqal idxal olunan və ölkənin mobil rabitə şəbəkələrində istifadə edilən mobil cihazları üzə çıxarmağa imkan verəcək.

Monitorinq nəticəsində saxta IMEI kodları olan mobil cihazlar da aşkar olunacaq. Monitorinq nəticəsində aşkarlanmış qeydiyyatsız mobil cihazların şəbəkədən istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub. Monitorinq yerli mobil şəbəkələrin sim-kartları quraşdırılmış sim-kart mobil telefonlar, smartfonlar, planşet kompyuterlər (məs. iPad) arasında aparılır. Mobil rabitə şəbəkəsi vasitəsilə aparılan monitorinq Azərbaycanda istifadədə olan bütün mobil cihazları əhatə edir. IMEI - mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrədir (International Mobile Equipment Identification). Mobil rabitə şəbəkəsində istənilən zaman kəsiyində istifadə olunan (hətta bir saniyə belə) hər bir mobil cihazın IMEI kodunu texniki olaraq monitorinq etmək və həmin mobil cihazın istifadəsini məhdudlaşdırmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə