Avstriyalı iş adamı: \"Azərbaycan tezliklə turizm brendi kimi özünü dünyada tanıdacaq\"
Avstriyanın turizm və otel biznesində çalışan iş adamları Franz Pasler və Hary Qonqının SƏS TV-yə müsahibəsi:
- Azərbaycana neçənci səfərinizdir?
Franz Pasler: Bu artıq 6-cı səfərimdir. Sonuncu dəfə isə 2010-cu ilin oktyabrında Bakıda olmuşam.
- Ölkələrimiz arasında turizm əlaqələrinin bugünkü vəziyyətini necə dəyərləndirirsiniz?
Franz Pasler: Ölkələrimiz arasındakı oxşarlıqlar çoxdur. Bəzi məqamlarda isə bir- birimizə dəstək ola bilərik. Turizm sahəsində münasibətlərimizi inkişaf etdirsək, bu hər iki dövləıt üçün öz faydasını göstərəcək.
Hary Qonqın: Bəli, iki ölkə arasında əlaqələr çox yaxşıdır. Hətta ərazi baxımından da oxşarlıqlarımız mövcuddur. Bildiyiniz kimi, Azərbaycanda turizm sektoru yeni sahə olduğundan bəzi təcrübəli ölkələr bizə müəyyən köməklik edirlər. Məsələn, bu sektorda çalışanlar üçün təcrübə mübadiləsi və təlimlər keçirirlər.
- Avstriyanın turizm sektorundakı şirkətlər Azərbaycan turizminin inkişafına hansı formada dəstək verə bilər?
Franz Pasler: Avstriyanın bu sahədə kifayət qədər təcrübəsi olduğuna görə Azərbaycanda turizm sektoru ilə məşğul olmaq üçün treninqlər keçirirlər.
Hary Qonqın: Coğrafi baxımdan ölkənizdə həm çaylar, həm də dağlar olduğunu görə burada qış turizmi ilə yanaşı yayda gələn turistlərin sayında artım olur. İnsanların əylənməsi üçün lazimi şərait yaradılıb. Massaj, golf oyunu, xizək sürülməsi üçün hər cür şərait yaradılıb.
- Turizm Azərbaycanda yenicə inkişaf etdiyi üçün təbii ki, çatışmazlıqlar var. Lakin bizə həm də sizin fikirləriniz maraqlıdır. İlk növbədə hansı məsələləri həll etməliyik?
Hary Qonqın: Düz qeyd etdiniz ki, Azərbaycanda bu sahə yeni yaranıb. Ancaq bu məsələdə inkişaf etməyiniz üçün köməklik edə bilərik. İnkişaf üçün Azərbaycanın hər bir şəraiti var. Bununla yanaşı, ölkəniz digər sahələrdə xeyli inkişaf edir.
Franz Pasler : Bunlara hansısa çatışmazlıq deməzdim. Sizin çox böyük şansınız var. Çünki Azərbaycan bu sahədə olduqca güclüdür. Məhz buna görə də Azərbaycan tezliklə turizm brendi kimi özünü dünyada tanıdacaq.
- Əlaqələri daha da dərinləşdirmək üçün hansı addımlar atılmalıdır?
Hary Qonqın: Əsas məqsədimiz Azərbaycanı digər regionlarda tanıda bilmək, hansı dəyərlərə sahib olduğunu çatdırmaqdır. Ən azından bura gələn turistlər nələrlə qarşılacaqlarını öncədən bilməldirilər.
Franz Pasler : Hazırda bu sahədə işlər getdiyin elə də ətraflı məlumat verə bilməyəcəm. Onu qeyd edə bilərəm ki, sizin xalq çox qonaqpərvərdir ki, bu da çox önəmlidir. Turistlər mehmanxanalarda qalan zaman bu amili hiss etməlidir.
- Azərbaycanın hansı bölgələrində olmusunuz. Yəqin ki, şəxsi xərclər də etmisiniz. Müqayisə aparılarsa, Azərbaycanda qiymətlər necədir?
- Buradakı qiymətlər beynəlxalq, göstərilən xidmətlər isə yüksək səviyyədədir. Qiymətlərin baha olmasının əsas səbəbi odur ki, Azərbaycanda turizm sahəsi yenidir və buna görə, tələb olunanları təklif edə bilmək çətindir. Lakin mən əminəm ki, zamanla bu məsələ də öz həllini tapacaq. Azərbaycandan fərqli olaraq Avstraliyaya gələn turistlərin sayı çoxur, bu səbəbdən də mehmanxanaların qiyməti ucuzdur. Mehmanxanalarda qiymətlər yüksək olsa da, ümumilikdə normaldır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB