Amsterdamın Artis heyvanxanasında Vin Tida adlandırılan filin gözünə kontakt linza qoyulub. Əməliyyatı heyvanxananın veterinarı Anna-Mari Verbryuqqen həyata keçirib.
SİA-nın rus mətbuatına istinadən xəbərinə görə, Verbryuqqen bildirib ki, o, əvvəllər atların gözlərinə linza qoyub. Lakin belə əməliyyatın fil üzərində aparması ilk dəfədir. Prosedur bir saatdan da az vaxt aparıbır və əməliyyat zamanı yerli keyitmə üsulundan istifadə olunub.
Heyvana kontakt linzanın qoyulmasına tələbat filin göz bəbəyinin zədələməsi səbəbindən yaranıb. Fil bu zədəyə görə gözünü açıq saxlaya bilmirdi. Veterinarın sözlərinə görə, indi 45 yaşlı heyvan gözünü rahat aça biləcək.
Qeyd edək ki, Vin Tida Avropada ilk fildir ki, gözünə kontakt linza qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB